Milli Məclisdə 18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə edilib.
“İki sahil” xəbər verir ki, sənəd parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin noyabrın 22-də keçirilən onlayn iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.