BMT-nin Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində ölkəmizdə səfərdə olan BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan Prezident İlham Əliyevi Azərbaycanın SPECA-ya 2023-cü ildə uğurlu sədrliyi münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.
Bildirib ki, dövlət başçısı ilə Transxəzər Nəqliyyat Dəhlizi boyunca nəqliyyat və ticarət əlaqələrini yaxşılaşdırmaq və SPECA Çox Tərəfli Etimad Fondu vasitəsilə regionda ümumi Dayanıqlı İnkişaf Məqsədləri proqramı üzrə irəliləyişini artırmaq üçün gələcək addımları müzakirə edib.