Rusiyanın Moskva şəhərində qadın uydurduğu uşağa görə bir milyondan çox rubl qazanıb.
“İki sahil” xəbər verir ki, Hava Bibulatova 2014-cü ildə, hələ 21 yaşı olanda işləmədən yaşamaq üçün 100% işləyəcək sxem qurub. O, hansısa yolla mövcud olmayan uşaq üçün saxta doğum haqqında şəhadətnamə alıb, ona Lyuba Adamovna adını verib və bütün sənədləri Basmannı rayonu sosial müdafiə şöbəsinə aparıb. Orada “gənc ana”ya övladına qulluq etmək üçün sosial müavinət təyin olunub. Hava doqquz il bu müavinət hesabına yaşayıb. Onun etdiyi fırıldaq yalnız indi üzə çıxıb.
Bibulatova polis tərəfindən saxlanılıb. Büdcəyə dəyən ziyanı hesablanıb. Ümumilikdə qadın bu illər ərzində təxminən 1,2 milyon rubl büdcəyə ziyan vurub.
Qırğızıstanda bir qrup siyasətçi millətlərarası münaqişə yaratmaq istəyir - Sadır Japarov xalqa müraciət edib
BƏƏ Prezidenti Ukrayna üzrə danışıqların yekunlarına dair Kuşner və Uitkoffu qəbul edib