24 noyabr 2023 14:28
196

Prezident İlham Əliyev: Tacikistanla münasibətlərimiz çox uğurla inkişaf edir

Münasibətlərimiz çox uğurla inkişaf edir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüş zamanı bildirib.

“Son vaxtlar biz Sizinlə müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafını dəfələrlə müzakirə etmişik. Əminəm ki, Sizin hazırkı səfəriniz də münasibətlərimizin möhkəmləndirilməsi nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Nümayəndə heyətlərimizin üzvləri artıq sıx təmasdadır, həm dünən görüşüblər, həm də bu gün davam edirlər. Çoxlu planlar, layihələr var. Ən əsası isə xalqlarımızın qardaşlığıdır, əminəm ki, ortaq gələcəyimizdir” - dövlət başçısı qeyd edib.