27 noyabr 2023 17:28
280

Azərbaycan və Türkiyə birgə hərbi təlimlərinin intensivliyi artırılacaq

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə birgə təlimlərin intensivliyinin artırılması məsələlərini müzakirə ediblər.

Azərbaycan Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin Şuşa Bəyannaməsinə əsasən müttəfiqlik münasibətlərinə söykəndiyi diqqətə çatdırılıb.

Bu Bəyannamənin ikitərəfli əlaqələrin inkişafında müstəsna rolu olduğu xüsusi vurğulanıb.

Görüşdə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi, regionda və dünyada cərəyan edən hərbi-siyasi proseslər, bölgədə sabitliyin təmin edilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.