27 noyabr 2023 20:31
341

Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin görüşü gələn il Gürcüstanda olacaq

Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli formatda növbəti görüşü gələn il Gürcüstanda keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edək ki, müdafiə nazirlərinin daha əvvəlki – IX üçtərəfli görüşü 2022-ci ilin 21 dekabrında Türkiyənin Kayseri şəhərində keçirilmişdi.

Bugünkü Bakı görüşü müdafiə nazirlərinin bu formatda 10-cu görüşüdür.