Minatəmizləmə işlərində qısa bir müddətə yerli istehsal olan texnikalardan istifadə olunub.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, iki cür minatəmizləmə maşınları minaaxtarma işlərinə cəlb olunub.
"Hazırda ərazidə bu maşınlar çalışır. Qeyd edim ki, artıq bir yerli minatəmizləmə texnikası Ukraynada minatəmizləmə işlərinə cəlb edilib", - o deyib.