23 mart 2018 16:37
1061

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

“Azeri Light” neftinin bir barreli 70 dollardan baha satılır

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar ucuzlaşaraq 70,74 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,59 dollar bahalaşaraq 69,50 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,67 dollar artaraq 64,97 dollar təşkil edib.