28 noyabr 2023 14:42
174

Kapitan "Atletiko"nun tarixinə düşdü

"Atletiko”nun kapitanı Koke rekorda imza atıb.

“İki sahil” xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi bunu La Liqanın 14-cü turunda “Malyorka” ilə görüşdə meydana çıxmaqla reallaşdırıb.

Koke “Atletiko”nun heyətində bütün turnirlərdə oyun sayını 600-ə çatdırıb. O, Madrid klubunda bunu bacaran ilk futbolçudur.

Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan Koke 2009-cu ildən əsas komandada çıxış edir. O, madridlilərin heyətində  47 qol vurub, 113 məhsuldar ötürmə verib.