28 noyabr 2023 15:54
187

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mossad-ın rəhbəri ilə görüşəcək

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns bu gün Dohada İsrailin Kəşfiyyat Xidməti - Mossad-ın rəhbəri David Barnea və Qətərin Baş naziri ilə görüşəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Axios" ABŞ rəsmisi və görüşlə bağlı iki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, görüşdə HAMAS-ın daha çox girovu azad edəcəyi təqdirdə Qəzzadakı döyüşlərdə fasilənin uzadılması müzakirə ediləcək.
Bu, HAMAS-ın oktyabrın 7-də İsrailə hücumundan sonra üç lider arasında ikinci belə görüş olacaq.