29 noyabr 2023 09:41
219

Azərbaycan kubokunda daha 4 oyun

Bu gün Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsi davam edir.

“İki sahil” xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçiriləcək. 

Qeyd edək ki, ötən gün oynanılan görüşlərdən sonra "Karvan", "İrəvan", "Səbail", MOİK və "Turan Tovuz" 1/8 finala yüksəlib.

Azərbaycan kuboku,

2-ci təsnifat mərhələsi

29 noyabr (çərşənbə)

13:30. “Şahdağ Qusar” – “Qaradağ Lökbatan”
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Samir Qaracayev, İslam Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu 

13:30. “Kəpəz” – “Bakı Sportinq”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.
Tovuz şəhər stadionu

15:00. “Kür-Araz” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Vüqar Bayramov, Emin Əliyev.
“Dalğa Arena”, 

18:00. “Lerik” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Orxan İbişov, Səbuhi Bayramov.
“Kapital Bank Arena” 

30 noyabr (cümə axşamı)

13:30. “Zaqatala” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu 

13:30. “İmişli” – “Mingəçevir”
Hakimlər: Kamran Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Murad Səlimli.
İmişli şəhər stadionu 

1/8 final cütlükləri

"Qarabağ" - MOİK

"İrəvan" /"Kür-Araz" - "Araz-Naxçıvan" cütünün qalibi

"Lerik" - "Sumqayıt" cütünün qalibi / "Karvan"

"Səbail" / "Zaqatala" - "Şamaxı" cütünün qalibi

"Turan Tovuz" - "Zirə"