29 noyabr 2023 14:27
170

Azərbaycan stolüstü tennisçisi beynəlxalq yarışa qatılıb

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə daha bir yarışa qatılıb.

Federasiyadan “İki sahil”ə verilən məlumata görə, milli üzvü Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Nikolay Nikitinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə bacarığını göstərəcək.

O, sayca XXIII olan ənənəvi yarışda 2010-cu il təvəllüdlü idmançıların mübarizəsində etimadı doğrultmağa çalışacaq.

Ötən gün başlayan turnir dekabrın 3-də başa çatacaq. Quluzadə qarşıdakı günlərdə mübarizə aparacaq.

Qeyd edək ki, Onur Quluzadə hazırlıq üçün yığmanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi altında noyabrın 11-dən 26-dək Çində təşkil olunan beynəlxalq təlim-məşq tolanışında iştirak edib.