29 noyabr 2023 15:03
156

Ermənistan və Britaniya MN əməkdaşlıq planı imzalayıb

Londonda Ermənistan və Böyük Britaniyanın Müdafiə Nazirlikləri 2023-2024-cü illər üçün əməkdaşlıq planı imzalayıb.

"İki sahil" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Nazirlik rəsmiləri olan Levon Ayvazyan və David Morqan Cənubi Qafqazdakı vəziyyəti də müzakirə edib və hərbi sahədə təmasların gücləndirilməsi barədə razılığa gəliblər.

Nazirlik nümayəndələrinin növbəti görüşü İrəvanda keçiriləcək.