08 sentyabr 2024 00:41
231

14 yaşlı oğlanın tüfənglə oyunu ölümlə nəticələnib - FOTO/VİDEO

Türkiyədə 14 yaşlı uşağın oynadığı ov tüfəngindən açılan atəş nəticəsində 10 yaşlı dostu ölüb, 12 yaşlı dostu isə yaralanıb.

“İki sahil” İHA-ya istinadla xəbər verir ki, hadisə Manavgat Çolaklı Məhəlləsi Fevzi Çakmak küçəsində Torunlar küçəsində yerləşən 3 mərtəbəli binanın 1-ci mərtəbəsində baş verib.

Yaralı əvvəlcə Manavgat Dövlət Xəstəxanasına, daha sonra Akdeniz Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb.

Hadisədən sonra Y.G jandarm tərəfindən saxlanılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”