29 noyabr 2023 15:27
213

"İrəvan" klubunun prezidenti, "İmişli"nin isə meneceri cəzalanıb

AFFA İntizam Komitəsi I Liqada çıxış edən klubların rəsmi şəxslərini cəzalandırıb.

"İki sahil" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "İmişli"nin meneceri İlkin Əhmədov IX turda “Qaradağ Lökbatan”la matçın rəsmi şəxsinə təzyiq etdiyinə görə 2 oyunluq cəza ilə üzləşib.

"İrəvan"ın prezidenti Zahid Niyazəliyev isə akkreditasiya vəsiqəsi olmadan meydana və dəhlizə daxil olduğu üçün 1 matçlıq cəzalanıb.