29 noyabr 2023 14:58
166

Nərimanov metrostansiyasında ölüm olub

Metronun "Nərimanov" stansiyasında qatardan düşüb stansiyanı tərk edən ahıl yaşlarında kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və dünyasını dəyişib.

Bakı Metropolitenindən "İki sahil"ə bildirilib ki, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib.