29 noyabr 2023 16:15
146

İqtisadiyyat Nazirliyi elektron pul təşkilatları ilə bağlı qərar qəbul edib

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 14-cü maddəsinə uyğun olaraq, elektron pul təşkilatları tərəfindən hüquqi şəxslərə, xarici hüquqi şəxslərin yerli filiallarına və fərdi sahibkarlara açılmış ödəniş hesabları haqqında məlumat forması”nı təsdiq edib.

“İki sahil” xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, məlumat forması ödəniş hesabları açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada nazirlik yanında Dövlət Vergi Xidmətinə təqdim ediləcək.

Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.