22 mart 2018 22:43
1246

Səhv ünvana göndərilən mesaj toyla bitdi

Böyük Britaniyada avtomobil satışı üzrə menecer vəzifəsində çalışan şəxs səhvən bilmədiyi bir nömrəyə mesaj göndərir. Nömrə yığan zaman rəqəmlərin səhv salınması xoşbəxt sonluğa gətirib çıxarır.

Təsadüfi tanışlığa səbəb Maykl Evancelo adlı britaniyalı şəxs olub. O, zəng etmək istədiyi nömrəni telefonuna səhv qeyd edib. Mayklın səhvən göndərdiyi mesaja bir qız “salam” sözünü yazaraq cavablayıb. Və hər şey bundan sonra başlayıb.

Əvvəlcə Evancelo fikirləşib ki, bu xanım onun köhnə tanışlarındandır. Lakin  mesajlaşandan sonra aydın olub ki, bu, belə deyil. Bir neçə saatlıq danışmadan sonra cütlük görüşməyi qərarlaşdırıb. İki həftədən sonra isə onlar artıq evlənmək qərarı veriblər.

Könül Əliyeva, “İki sahil”