22 mart 2018 22:41
1307

İşinə son dərəcə sevgi ilə yanaşdı və cərimə olundu

41  yaşlı fransalı Sedrik Vevr həddindən artıq işinə sevgi bəslədiyi üçün 3000 avro cərimə olunub.  Məhz dadlı kurasanlar bişirdiyinə görə, cərimələnib.

Fransalı kişi həftənin yeddi gününü öz çörəkxanasında dayanmadan işləyir və buna görə o, ölkənin əmək qanununu pozur.  Elə Sedrik məhz əmək haqqında qanunun tələblərini pozduğuna görə cərimə olunur.

Məlumata görə, yayda fransalı kişinin çörəkxanası turistlər üçün həftənin yeddi günü işləyib. Qanuna əsasən isə cəmi  altı gün işləmək olar. Sedrik hesab edir ki, belə bir qanun onun yerli biznesini inkişaf etdirməyinə  mane olur.

O, bildirib ki, “ əgər turistlərin bizə ehtiyacı varsı, biz çalışmalıyıq”. Əməksevər Sedrik ona tədbiq edilən cərimə ilə razılaşmayıb.  Lakin onun bütün səylərinə baxmayaraq yerli məmurlar tərəfindən cərimə tətbiq olunub.

Könül Əliyeva, “İki sahil”