“Euronews” telekanalının efirində bu günlərdə Bakıda keçirilən SPECA Zirvə görüşü haqqında qısa reportaj yayımlanıb.
“İki sahil” xəbər verir ki, reportajda qeyd olunub: “Bakı BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün iştirakçılarını qəbul edib. Tədbir əsnasında liderlər regionun çoxprofilli qlobal qovşağa çevrilməsi məsələsini müzakirə ediblər. SPECA bu il özünün 25 illiyini qeyd edir. Yubiley ilində ilk dəfə SPECA-nın iştirakçı dövlətləri liderlərinin iştirakı ilə Zirvə görüşü təşkil edilib. Bakı görüşünün əsas mövzusu regionun planetin qalan hissəsinə qoşulmaq üçün qlobal logistika mərkəzinə transformasiyası olub”.
Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır