Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Ukraynaya dəstəyə, humanitar yardıma, ukraynalı uşaqların reabilitasiya proqramlarına və ölkənin suverenliyinə, ərazi bütövlüyünə hörmətə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.
“İki sahil” xəbər verir ki, bu barədə Yuşşenko sosial şəbəkə səhifəsində Bakıya bu yaxınlarda etdiyi səfərə həsr olunmuş paylaşımında yazıb.
"Prezident İlham Əliyevlə bizi 20 ildən artıq şəxsi dostluq və Ukrayna ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsi üzrə birgə iş birləşdirir. Dostluğumuza dəyər verirəm və əminəm ki: Ukrayna və Azərbaycan arasındakı strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hörmət bundan sonra da birgə işlərdə öz əksini tapacaq", - o vurğulayıb.
Sabiq prezident qeyd edib ki, onun Azərbaycan xalqı ilə dostluq dövrü 1989-cu ildə Naxçıvanda ümummilli lider Heydər Əliyevlə tanışlığı və dostluq münasibətlərinin qurulması ilə başlayıb.
Yuşşenko əlavə edib ki, bu işin mühüm nəticəsi iki ölkə arasında strateji tərəfdaşlığın rəsmən təsbit edilməsi olub. O xatırladıb ki, 2008-ci il mayın 22-də İlham Əliyevin Kiyevə rəsmi səfəri zamanı Bakı ilə Kiyev arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.
"Bu sənəd ikitərəfli münasibətlərimizin strateji xarakterini müəyyən etdi və onların gələcək inkişafı üçün möhkəm təməl qoydu. Hazırkı görüşdə biz ölkələrimizin bugünü və gələcəyi, ikitərəfli əməkdaşlığın inkişafı və komandalarımızın hazırlanması üzərində işi davam etdirəcəyi konkret layihələr haqqında danışdıq", - Yuşşenko yazıb.
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib
Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə regional məsələləri müzakirə edib
Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam
Prezident İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib