02 dekabr 2023 20:02
351

Sarayevoda diplomatların ənənəvi qış xeyriyyə bazarında Azərbaycan güşəsi də yer alıb

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində diplomatların ənənəvi qış xeyriyyə bazarı təşkil edilib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkəmizin Bosniya və Herseqovinadakı səfirliyi məlumat yayıb.

Xeyriyyə bazarında bu ölkədə akkreditə edilmiş 40-dan çox səfirlik və nümayəndəlik təmsil olunub. Bazarda ayrıca guşədə Azərbaycan məhsulları yer alıb.

Səfirlik əməkdaşlarının xanımlarının hazırladıqları milli mətbəx nümunələri, habelə Azərbaycan şirniyyatları, çayı, mürəbbələri, suvenirləri, kiçik ölçülü xalçalar alıcılara təqdim olunub.

Azərbaycan məhsulları xeyriyyə bazarına gələnlər arasında böyük rəğbətlə qarşılanıb.

Xeyriyyə bazarından əldə olunan vəsait Sarayevoda əlil uşaqlar üçün nəzərdə tutulmuş evə ianə kimi veriləcək.