Finlandiyada qütb parıltısını otaqdan çıxmadan müşahidə etmək olacaq.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Finlandiyanın şimalında ucqar kənddə xizək üstündə yeni otel quraşdırılıb. Hər otağın həcmi 4,5x2,5 metrdir. Aeroxizək vasitəsilə otağın yerini dəyişmək mümkündür. Üç otaqdan ibarət otelin hər nömrəsində çarpayı, stol, qızdırıcı cihaz və tualet var. Bron etmək mövsümü aprelin ortasınadək davam edəcək.