04 dekabr 2023 00:54
203

"Qəbələ"də son durum necədir?

"Qəbələ” Misli Premyer Liqasının 15-ci turunun sabah keçiriləcək oyununda “Qarabağ”ın qonağı olacaq.

“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, səfər qarşılaşmasının hazırlığına “qırmızı-qaralar”ın bir futbolçusu qatılmayıb. Feras Abu Akal bərpa prosesi keçir. Emil Səfərov isə artıq komanda ilə birgə məşq edir. 

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Qəbələ” görüşü saat 19:30-da başlayacaq.