22 mart 2018 00:57
986

“Volkswagen” şirkəti yeni modeli təqdim edəcək

“Volkswagen” şirkəti yeni elektriklə çalışan avtomobil konseptini “Pikes Peak” yarışları üçün hazırlayır.

“Ölkə.Az” xəbər verir ki, yarışlar üçün nəzərdə tutulmuş avtomobil “Volkswagen İ.D. R Pikes Peak” adlanır.

Yarış cari ilin 24 iyun tarixində Kolorado ştatında baş tutacaq. Sükan arxasında “24 saat Le-Man” qalibi və “ Payks-Pik”in üçqat çempionu Roman Dyüma əyləşəcək.

Tam ötürücülü elektrobolid 2025-ci ildə hazır olacaq və 20 ədəd istehsal ediləcək. Hələlik texniki göstəricilər barədə məlumat verilmir.