11 dekabr 2023 02:47
175

"Jirona" "Barselona"ya qalib gəldi

La Liqada 16-cı turun oyunları davam edir.

“İki sahil” xəbər verir ki, bu gün "Barselona" "Jirona"nı qəbul edib. Bu matçda Kataloniya təmsilçisi 2:4 hesabı ilə uduzub.

"Barselona" - "Jirona" - 2:4
Qollar: Dovbuk, 12 (0:1), Levandovski, 19 (1:1), Qutierrez, 40 (1:2), Fernandes, 80 (1:3), Gündoğan, 90+2 (2:3), Stuani, 90+5 (2:4)

Bu qələbə ilə "Jirona" 41 xalla turnir cədvəlində 1-ci pilləyə yüksəlib. "Real" 39 xalla 2-ci, "Atletiko" 34 xalla, "Barselona" 34 xalla 4-cüdür.