11 dekabr 2023 11:36
175

Avropada məğlub olmayan 1 klub qalıb

UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Almaniya təmsilçisi “Bayer 04” bu mövsüm Avropada məğlub olmayan yeganə klubdur.

“İki sahil” xəbər verir ki, Leverkuzen təmsilçisi Bundesliqanın XIV turunda “Ştutqart”la 1:1 hesablı heç-heçə edib.

Almaniya nəhəngi “Bavariya”nın uğurlu seriyası bu tur qırılıb. Münhen təmsilçisi “Ayntraxt”a 1:5 hesabı ilə uduzub.

Qeyd edək ki, “Bayer 04” hazırda 36 xalla Bundesliqada turnir cədvəlinə başçılıq edir. Almanlar Avropa Liqasının qrup mərhələsində keçirdikləri 5 görüşün hamısında qalib gəliblər.