11 dekabr 2023 13:23
187

Məğlubiyyətsizlik sayına görə dünya rekordu qırıblar

Serbiyanın “Srvena Zvezda” klubu ölkə çempionatında ev oyunlarındakı ən uzun məğlubiyyətsizlik seriyasına görə dünya rekordunu qırıb.

“İki sahil”in Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən məlumatına görə, adıçəkilən komanda artıq 122 matçdır ki, evdə uduzmur.

Belqradlılar bununla İspaniyanın “Real” klubuna məxsus 121 oyunluq məğlubiyyətsizlik rekordunu yeniləyiblər. Maraqlıdır ki, sıralamada üçüncü yeri də “Srvena Zvezda” tutur. Serbiya təmsilçisi 1998-2004-cü illər aralığında çempionat çərçivəsində öz meydanında keçirdiyi 96 görüşdə uduzmamışdı.

Azərbaycanda bu baxımdan rekordçu “Neftçi”dir. “Ağ-qaralar” çempionatın ardıcıl 57 ev matçında rəqiblərinə məğlub olmayıb.

 

Komanda

Oyun

Çempionat

Başlama tarixi

Bitmə tarixi

1

“Srvena Zvezda”

122

Serbiya

30/04/2017

 

2

“Real”

121

İspaniya

17/02/1957

07/03/1965

3

“Srvena Zvezda”

96

Serbiya və Monteneqro

29/08/1998

07/08/2004

4

PSV

93

Niderland

17/09/1983

19/03/1989

5

“Nant”

92

Fransa

15/05/1976

07/04/1981

6

“Kobreloa”

91

Çili

20/04/1980

22/09/1985

7

“Spartak”, Trnava

89

Çexoslovakiya

30/03/1968

02/04/1974

8

“Torino”

88

İtaliya

31/01/1943

06/11/1949

9

“Çelsi”

86

İngiltərə

20/03/2004

26/10/2008

10

“Panatinaikos”

85

Yunanıstan

08/04/1973

16/04/1978