11 dekabr 2023 14:01
130

Saxta elmi ad satmaqda təqsirləndirilən tanınmış alimin istintaqı yekunlaşıb

Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü – elmi katibi Şəfa Əliyevin məhkəməsi başlayır.

“İki sahil” xəbər verir ki, cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.

İstintaq matreallarına əsasən, Ş.Əliyev işlədiyi qurumun vəzifəli şəxslərinin qərarlarına həqiqi təsir imkanlarından istifadə edərək müxtəlif şəxslərdən aldığı pul vəsaitləri müqabilində onlara elmi dərəcələrin verilməsinə nail olmasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı O, Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.