11 dekabr 2023 15:53
146

KİV: Ukraynanın Aİ üzvlüyü ilə bağlı danışıqlar marta qədər təxirə salına bilər

Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlar gələn ilin mart ayına qədər təxirə salına bilər.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters“ agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Diplomatların sözlərinə görə, Macarıstan Ukraynaya veto qoysa, ölkənin Baş naziri Viktor Orbanın dəstəyi ilə Gürcüstan və Bosniyanın İttifaqa üzvlüyü məsələsini irəli sürmək cəhdləri puça çıxacaq.

Mənbə, həmçinin əlavə edib ki, İttifaqa üzv olan bir sıra ölkələrin liderləri Viktor Orbanı razı sala bilməyəcəklərindən narahatdır.