14 dekabr 2023 15:17
255

XİN başçısı: 2023-cü il Türkiyə-Azərbaycan münasibətlərində zəngin il olub

“Azərbaycan-Türkiyə münasibətlərinin dünyada anoloqu yoxdur. Ölkələrimiz arasında çoxsaylı formatlar mövcuddur”.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz tez-tez görüşürük, telefon danışıqları aparırıq. 2023-cü il ölkələrimizin tarixində çox önəmli ildir. Bu il Türkiyə-Azərbaycan münasibətlərində zəngin il olub”, - nazir vurğulayıb.