Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə sabitliyin qorunmasının əsas faktorudur.
“İki sahil” xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə keçirilən mətbuat konfransında bildirib.
Ceyhun Bayramov deyib ki, 19-20 sentyabrda Azərbaycanın antiterror tədbirləri, köçkünlərin geri qayıdışı, mina təhlükəsi və digər mövzular da görüşdə müzakirə edilib:
“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün tarixi fürsət yaranıb və bununla bağlı Hakan Fidanla aramızda tam fikir birliyi var. Mən danışıqlarda Azərbaycan tərəfinin baxışını, Ermənistandan alınan növbəti şərhlər barədə məlumat verdim. Yaxın vaxtlarda Azərbaycanın bununla bağlı mövqeyi təqdim olunacaq”.
Prezident İlham Əliyev: İnanıram ki, IX Qurultay Ağsaqqallar Şurasının fəaliyyətini təkmilləşdirəcək
Bəyanatda iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi göstərilmişdir