15 dekabr 2023 11:11
451

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb

Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

“İki sahil” xəbər verir ki, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcək.