15 dekabr 2023 17:20
623

Ermənistan-Azərbaycan dəmir yolunun açılışı ilə bağlı sənədlər yüksək hazırlıq səviyyəsindədir- Overçuk

Ermənistanla Azərbaycan arasında dəmiryolu əlaqəsinin açılmasına dair sənədlər yüksək hazırlıq səviyyəsindədir.

“İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini, Aleksey Overçuk İrəvanda keçirilən hökumətlərarası komissiyasının iclasında deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilir. Bu məqsədlə üç ölkənin baş nazirinin müavinlərinin həmsədrliyi ilə işçi qrupu yaradılıb.