"Buradakı fəaliyyətim müddətində ABŞ və Azərbaycan arasında əlaqələri və əməkdaşlığı gücləndirmək üçün çalışmağı səbirsizliklə gözləyirəm".
“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin Azərbaycana yeni təyin olunan səfiri Mark Libbi "X" səhifəsində yazıb.
"Bu gün etimadnaməmin surətini Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova təqdim etməkdən şərəf duydum", - diplomat bildirib.
Qeyd edək ki, C.Bayramov dekabrın 15-də ABŞ-nin Azərbaycana yeni təyin olunan səfiri Mark Libbini qəbul edib.
Görüş zamanı M.Libbi etimadnaməsinin surətini XİN başçısına təqdim edib.
Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.
Prezident İlham Əliyev: İnanıram ki, IX Qurultay Ağsaqqallar Şurasının fəaliyyətini təkmilləşdirəcək
Bəyanatda iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi göstərilmişdir