Azərbaycan xalqı növbəti prezident seçkilərinə tam fərqli situasiyada gedir. 200 illik bir prosesi dəyişən fərqli situasiya həm də son illərdə Azərbaycan xalqının düzgün seçimini ifadə edir. Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılan möhkəm bünövrə və onun siyasi varisi cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan ərazi bütövlüyünü və bütün ərazilərində suvenirliyini tam bərpa etdi. Dövlətimiz qarşısında bütün bu tarixi xidmətləri Azərbaycan xalqı görür və dəstəkləyir. Məlum olduğu kimi Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri üçün İlham Əliyevin namizədliyini irəli sürüldü. Hesab edirəm ki, İlham Əliyev təkcə hakim partiyanın namizədi deyil. Prezident İlham Əliyev Azərbaycan xalqının namizədidir. Çünki İlham Əliyev tarixi bir missiyanı yerinə yetirib.
Bu fikirləri “İki sahil”ə açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.
Xalqımız bu seçkilərdə tam dəstəyini İlham Əliyevə verməklə, eyni zamanda, səsini güclü Azərbaycana verəcək
O, qeyd edib ki, yerinə yetirilən bu tarixi missiyadan, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən sonra Prezident İlham Əliyevin qarşısında digər vacib məsələlər dayanır. Yeni geosiyasi reallıqlar fonunda tarixi Zəfərimizin möhkəmləndirlməsi, azad eduilmişz ərazilərə Böyük Qayıdış planının icra etmək və .s. kimi böyük planlar reallaşdırılacaq.
Ekspert vurğulayıb ki, Qarabağ Zəfərindən sonra Prezident İlham Əliyev həm də böyük Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi adını Azərbaycan tarixinə yazdı. Ona görə də xalqımız bu seçkilərdə tam dəstəyini İlham Əliyevə verməklə, eyni zamanda, səsini güclü Azərbaycana verəcək. Bu seçkilər daha fərqli olacaq, Zəfər qazanmış ölkənin Zəfər seçkisi olacaq. Yaxın illər üçün Azərbaycanın gələcəyi ilə bağlı yeni baxışları və öhdəlikləri də görəcəyik. Eyni zamanda, onu da anlamalıyıq ki, Qələbəmizi həzm edə bilməyən, gücümüzdən narahat olan qüvvələrin də sayı artır. Ona görə də siyasi, hərbi və iqtisadi gücümüzü davamlı olaraq artırmalıyıq. Bu seçkidə xalqın seçimi Zəfəri bizə yaşadan Liderlə irəli olacaq!
Yaqut Ağaşahqızı,“İki sahil”