16 dekabr 2023 13:38
429

Yeni Azərbaycan Partiyasının namizədi QALİB XALQIN namizədidir

Cənab İlham Əliyevin namizədliyi sabitlik, inkişaf, sosial rifah deməkdir və xalqın Ona inamı sonsuzdur
 

Azərbaycan yeni mərhələnin astanasındadır. Və bu hazırda həm ölkədə, həm regionda yaranmış reallıqlarlala bağlıdır. Buna uyğun olaraq  bütün sahələrdə, o cümlədən siyasi proseslərdə də yeni dövr başlayır. Bu reallığın fonunda Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri müstəqilik tariximizə mühüm gün kimi qalacaq.  Belə ki, Azərbaycanda müstəqillik bərpa edildikdən sonra, yəni ötən 32 ildə ilk  dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək.  2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və bütün ərazilərimizdə suverenliyimizin tam bərpa olmuşdur. Bu tarixi hadisə  yeni iqtisadi və siyasi, o cümlədən geosiyasi hədəfləri müəyyən etmək və yerinə yetirmək üçün büyuk imkanlar yaradır. Keçiriləcək növbədənkənar prezident seçkiləri məhz yeni hədəflərə doğru atılacaq mühüm siyasi addımdır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri professor Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə dekabrın 15-də keçirilən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclasında cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında yekdil qərar qəbul olundu. Bu, hər birimizin qərarıdır. Çünki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə hər zaman əməl edir.  İlk dəfə Prezident kimi təntənəli surətdə and içəndə Azərbaycanın  Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad edicəyini, hər bir vətəndaşın Prezidenti olacağını dedi. Dedi və verdiyi vədi yerinə yetirdi. 20 il  boyunca həyata keçirdiyi siyasət, apardığı mübarizə ilə hər gün uğur əldə etdi və nəhayət, Azərbaycanın ərazi bütövlüyünü və bütün ərazilərində suverenliyini tam bərpa etdi. Bu gün üçrəngli şanlı bayrağımız Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə, Qubadlıda, Ağdamda, Ağdərədə, Xocavənddə, hər bir kəndimizdə, qəsbəmizdə qürurula dalğalanır. 

YAP İdarə Heyətinin genişləndirilmiş iclasında cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi ölkəmiz və xalqımız üçün  uğurlu olacaq.

Komitə sədri bildirib ki, 2024-cü ildə ilk dəfə olaraq  qalib ölkə üçün prezident seçiləcək.  Vətən müharibəsində qazandığımız Qələbədən sonra bu seçki Zəfər seçkisi olacaq.  İndiyə qədər keçirilən seçkilərdə Qarabağ, ərazi bütövlüyü məsələsi prioritet təşkil edirdi. Hətta heç bir seçki prosesində  nailyyət qazanmayan, radikallar insanları pessimizmlə yükləyir, ərazilərimizin az qala heç vaxt azad olmayacağını iddia edirdilər. Lakin zaman göstərdi ki, vaxtı ilə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətu uğurla davam etdirərərk dövlətimizi daha da gücləndirən Prezident, Yeni Azərbaycan Partıyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyev qarşıya qoyulan bütün məqsədlərə nail olur. Ən vacib  vəzifə isə ərazi bütövlüyünün və bütün ərazilərimizdə severenliyimizin tam bərpa olunması, ölkənin iqtisadi gücünün artırılması, xalqın rifah halının yaxşılaşdırılması, regionda və beynəlxalq aləmdə  Azərbaycanın söz sahibi olması idi.  Prezident son 20 ildə bu uğurlara nail oldu.

Hicran Hüseynova qeyd edib ki, xalqımız bunu çox gözəl anlayır və hər zaman inkişafa, sabitliyə, tərəqqiyə səs verir. Çünki İlham Əliyevin namizədliyi  sabitlik, inkişaf, sosial rifah deməkdir və xalqın Ona inamı sonsuzdur. O, xarici siyasətdə dövlətimizin maraqlarına uyğun siyasət həyata keçiri, ölkəmizə edilən təzyiqlərə qarşı  qətiyyətli, prinsipial mövqe ortaya qoyur və dövlətimizin maraqlarını ən üst səviyyədə müdafiə edir.  İlham Əliyev Azərbaycana qarşı qlobal aktorlar tərəfindən müəyyən təzyiqlərə cəhdlərə qarşı  təmkin və soyuqqanlılıqla adekvat tədbirlər görür.  Ona görə də növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi ölkəmiz və xalqımız üçün  uğurlu olacaq. 

Orxan Vahidoğlu, "İki sahil"