16 dekabr 2023 14:11
305

İlham Əliyev Azərbaycanın 200 illik problemini həll etmiş tarixi şəxsiyyətdir - Fazil Mustafa

Yeni Azərbaycan Partiyasının cənab İlham Əliyevi prezidentliyə namizəd olaraq irəli sürməsi gözlənilən və məntiqli qərardır

Dünən ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) prezidentliyə namizəndini açıqlayan ilk partiya oldu. Belə ki, YAP İdarə Heyətinin genişləndirilmiş iclasında cənab İlham Əliyevin namizədliyi irəli sürüldü. Ümumiyyətlə, namizədliyin irəli sürülməsini şərtləndirən amillər nələrdir?

Məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa YAP-ın cənab İlham Əliyevi prezidentliyə namizəd olaraq irəli sürməsini gözlənilən və məntiqli qərar olduğunu deyib:  “Çünki İlham Əliyev Azərbaycanın bu gün 200 illik problemini həll etmiş tarixi şəxsiyyətdir. Partiya əslində elə bu model üzərində namizəndini müəyyən edib. Bununla Azərbaycanda azad, ədalətli və demokratik seçkilərin keçirilməsi zəminində həm də, bizim gələcəyimizin müəyyən olunması prosesi başlayacaq. Siyasi partiyalarda digər şəxslər də öz namizəndliyini irəli sürə bilərlər. Tam demokratik ortamda seçkilərin keçirilməsi gözlənilir. YAP-ın ilk olaraq namizəd irəli sürməsi də məntiqlidir. Başqa gözlənti də ola bilməzdi. Çünki bu gün ölkədə bütün sferalarda ən aparıcı qüvvə YAP-dır.” 

Sayalı Abasova