Mərakeşin paytaxtı Rabat şəhərində, ICESCO-nun mənzil qərargahında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş konsert təşkil olunub. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti konsertdə iştirak edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə bildiriblər ki, tədbirdə çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik və Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqı qarşısında misilsiz xidmətləri, Ulu Öndərin xalqımızın milli-mədəni dəyərlərinə diqqət və qayğısı, onun qlobal təşəbbüsləri barədə danışıblar.
Konsertdə Azərbaycanın mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynovun ifasında mahnılar səsləndirilib.
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirib
Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri ilə regional məsələləri müzakirə edib