İşğaldan azad edilən ərazilərdə 9 seçki dairəsi üzrə 26 seçki məntəqəsinin yaradılması təxmin edilir.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O qeyd edib ki, digər 7 dairə üzrə də 20 seçki məntəqəsinin yaradılmasına ehtiyac var.