16 dekabr 2023 16:35
559

Azərbaycanda bəzi seçki dairələri üzrə yeni seçki məntəqləri yaradıldı

Azərbaycanda bəzi seçki dairələri üzrə yeni seçki məntəqləri yaradılıb.

“İki sahil” xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Məsələni MSK sədrinin müavini Rövzət Qasımov təqdim edib. O bildirib ki, artıq işğal altında olan ərazilərimiz sözü bizə yaddır:

“Həmin ərazilərdə məskunlaşma prosesi başlanılıb”.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul olunub.