16 dekabr 2023 16:47
541

Prezident seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının iştirakı ilə geniş müşavirə keçiriləcək

“2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar president seçkiləri ilə bağlı maarifləndirmə tədbirləri təşkil ediləcək”.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, əsasən dairə seçki komissiyalarının iştirakı ilə geniş müşavirə keçiriləcək:

“Bu bizim hər zaman proqramımızın ilkin mərhələsi hesab olunur. Hüquq-mühafizə orqanları ilə birlikdə seminarları həyata keçirəcəyik. Səhhətinə görə seçicilər seçki məntəqəsinə gələ bilmədikdə onlarında səsverməsinin təmin edilməsi bizim əsas vəzifələrimizdən biridir. Bu da təmin ediləcək. DSK-larda səsvermədən sonra və səsvermə zamanı səslərin sayının MSK-ya ötürməli olanlarla treninqlər həyata keçiririk".