16 dekabr 2023 17:01
1070

Məzahir Pənahov: Səsvermə günü belə kimsə dünyasını dəyişsə, biləcəyik

Ədliyyə Nazirliyi tərəfindən seçkilərlə bağlı çox mütərəqqi layihə tətbiq ediləcək.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, layihə imkan verəcək ki, səsvermə günü belə kimsə dünyasını dəyişsə, bilək.

M.Pənahov vurğulayıb ki, seçici siyahılarının dəyişməsi üçün 2 ay uzun müddətdir.

“Amma yeni layihə ilə biz səsvermə günü də kimsə dünyasını dəyişsə, biləcəyik. Bu, ilk dəfə bizdə tətbiq ediləcək. Penitensiar Xidmətdə də nazirlik səsverməni təmin edəcək”, - deyə o əlavə edib.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.