Xankəndidə məhz həmin o binada (Xankəndidə Prezidentin gəzdiyi binanın nəzərdə tutur - red) Azərbaycan seçicisi səs verəcək. İlk orada səs verən və orada ilk 18 yaşı tamam olan və ilk dəfə səs verən vətəndaşı da tarixə salacağıq”.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, KİV-lər azad edilmiş ərazilərdəki seçkiləri daha yaxşı işıqlandırmalıdırlar. Dünya bilməlidir ki, artıq Azərbaycan xalqı orada oturuşub”.