16 dekabr 2023 17:37
589

Prezident seçkilərində Xankəndidə seçki məntəqəsinin hansı binada yerləşəcəyi açıqlanıb

Gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Xankəndidə seçicilərin hansı binada yerləşəcək seçki məntəqəsində səs verəcəkləri məlum olub.

“İki sahil” xəbər verir ki, seçki məntəqəsi keçmiş vilayət Partiya Komitəsinin inzibati binasında yerləşəcək.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib ki, Xankəndidə məhz həmin o binada seçicilər səs verəcək.