16 dekabr 2023 17:44
657

Xalqın ona tarixi Zəfər qazandıran Prezidentinə inamı sonsuzdur - EKSPERT

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqadar Sərəncam imzaladı. Düşünürəm ki, Azərbaycanın regionda tarixi Zəfər qazanması, bundan sonra yaranmış yeni reallıq seçkinin keçirilməsni zəruri edirdi. Bu gün Azərbaycan bayrağı digər azad olunmuş ərazilərimiz kimi Xankəndi, Xocalı və Xocavənd rayonlarında da qürurla dalğalanır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib.

O, qeyd edib ki, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Sərəncamın imzalanması mühüm əhəmiyyəti kəsb edir. YAP İdarə Heyətinin genişləndirilmiş iclasında cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi gözlənilən və məntiqi qərardır. Xalqın ona tarixi Zəfər qazandıran Prezidentinə inamı sonsuzdur.  Cənab İlham Əliyevin son 20 ildə qazandığı uğurlar dövlətimizin qarşıdakı illərdə yeni-yeni zəfərlər qazanacığını əminlik yaradır.

Rauf Zeyni bildirib ki, həmişə oldu kimi, bu seçkilərdə də qeyri-hökumət təşkilatları uğurla fəaliyyət göstərəcəklər. Həm seçkilərin təşviq edilməsi, həm də müşahidə edilməsi baxımdan bütövlükdə vətəndaş cəmiyyəti bu seçkilərdə fəal iştirak edəcək. Həm həmkarlarımızı, həm də vətəndaşlarımızı bu seçkilərdə fəal olmağa səsləyirik. Çünki seçkilərin tarixi Qələbəmizlə, Zəfərimizə layiq şəkildə keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Bütün beynəxlaq aləmin diqqət və nəzəri Azərbaycandadır. Ona görə də biz həm dövlət, həm xalq, həmçinin vətəndaş cəmiyyəti və seçici olaraq öz üzərimizə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməliyik. 

Cavid Əkbərov, “İki sahil”