18 dekabr 2023 11:12
283

XİN rəhbəri: COP29 Azərbaycanın nüfuzunun güclənməsinin sübutudur

Azərbaycan bu gün xarici siyasətdə uğurlar əldə edib.

“İki sahil” xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Xarici İşlər Nazirliyi və ADA-nın birgə təşkilatçılığı ilə beynəlxalq münasibətlər, diplomatiya sahələrində təhsil alan tələbələrin məlumatlılığının artırılması məqsədi ilə diplomatiya həftəsində çıxışı zamanı bildirib.

“Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrliyi nümunəvi sədrlik adlandırılıb. Ölkəmizin QH-yə sədrliyi dövründə bu təşkilata marağın artması, yeni üzvlərin müşahidəçi statusu alması, onun nəzdində yeni institutların yaradılması, 120 ölkə tərəfindən Azərbaycanın sədrliyinin bir il də uzadılmasına razılıq verilməsi uğurlu sədrliyin nümunəsidir", - nazir vurğulayıb.

Azərbaycanlı nazir xatırladıb ki, bu günlərdə daha bir beynəlxalq əhəmiyyətli tədbirin - COP29-un ölkədə keçirilməsinə razılığın verilməsi Azərbaycanın etibarının artması, ölkənin nüfuzunun güclənməsinin sübutudur.