18 dekabr 2023 15:17
285

Sankt-Peterburqun qubernatoru Beqlov Azərbaycana səfər edəcək

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Beqlov özü məlumat verib.

Onun sözlərinə görə, hazırda bu səfərə hazırlıq gedir.

Azərbaycan-Rusiya regionlararası əməkdaşlıq çərçivəsində Sankt-Peterburqun ölkəmizlə münasibətlərinin müsbət inkişaf etdiyini söyləyən qubernator bildirib ki, Peterburq Azərbaycanla dostluq edir və birgə layihələr həyata keçirir: "Sankt-Peterburqda böyük Azərbaycan diasporu fəaliyyət göstərir. Hazırda mənim Azərbaycana səfərimə hazırlıq gedir. Yaxın vaxtlarda Azərbaycanı ziyarət etməliyəm. Bir sıra istiqamətlərdə Azərbaycanla razılaşmalıyıq. Birgə böyük layihələrimiz var", - Rusiyanın şimal paytaxtının qubernatoru vurğulayıb./apa/