18 dekabr 2023 15:38
275

Aygün Əliyeva: COP29-un Azərbaycana həvalə edilməsi təhlükəsizliklə bağlıdır

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva COP29-un Azərbaycan həvalə edilməsinin onun müasir infrastrukturu, həmçinin təhlükəsizliyi ilə bağlı olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, o, bu barədə gələn il Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyəti barədə vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən ictimai müzakirə zamanı danışıb.

A.Əliyevə söyləyib ki, xüsusilə antiterror tədbirlərindən sonra Azərbaycan ən təhlükəsiz dövlətlərdən birinə çevrilib: "Əlbəttə, bu, hər kəsin diqqətini çəkir".

İcraçı direktor vurğulayıb ki, Azərbaycan həmçinin ekoloji təhlükəsizliklə bağlı ciddi işlər görür: "Əminəm ki, COP29-a uğurla ev sahibliyi edəcəyik və bunun dividendlərini görəcəyik. Bu bizim COP29-la bağlı ilk ictimai müzakirəmizdir. Oxşar təşəbbüslər davam edəcək".