19 dekabr 2023 12:05
228

MDB PA-nın missiyası Azərbaycanda keçiriləcək Prezident seçkilərini müşahidə edəcək

MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidəçiləri Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərini izləyəcəklər.

Bu barədə “İki sahil”ə MDB PA-nın Mətbuat xidmətindən məlumat verilib.

MDB PA-ya üzv olan parlamentlər müşahidə üçün Azərbaycana göndəriləcək monitorinq qrupuna nümayəndələr göndərəcək.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar Prezident seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilib.